Haqqımızda

Haqqımızda

Biz kimik?

2023
ildən fəaliyyətdəyik

Bureau GilAS MMC 2023-cü ildən uyğunluğun qiymətləndirilməsi və sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən peşəkar sertifikatlaşdırma orqanıdır.

Fəaliyyətimizin əsas istiqamətlərini idarəetmə sistemlərinin auditi və sertifikatlaşdırılması, eləcə də məhsulların sertifikatlaşdırılması təşkil edir. Xidmətlərimizi müvafiq beynəlxalq standartların tələbləri və müəyyən edilmiş sertifikatlaşdırma prosedurları əsasında həyata keçiririk.

2023-cü ildən bu günədək formalaşdırdığımız peşəkar yanaşma ilə müştərilərimizin standart və normativ tələblərə uyğunluğunun etibarlı şəkildə qiymətləndirilməsinə və sertifikatlaşdırılmasına xidmət edirik.

Missiyamız

Missiyamız

Müəssisə və təşkilatların idarəetmə sistemlərinin və məhsullarının müəyyən edilmiş standart və texniki tələblərə uyğunluğunu qərəzsiz, obyektiv və peşəkar şəkildə qiymətləndirmək, etibarlı sertifikatlaşdırma xidmətləri vasitəsilə keyfiyyətin, təhlükəsizliyin və davamlı inkişafın təşviqinə töhfə verməkdir.

Vizyonumuz

Vizyonumuz

Milli və beynəlxalq səviyyədə tanınan, etimad göstərilən və sertifikatlaşdırma sahəsində yüksək peşəkarlıq standartları ilə seçilən aparıcı uyğunluğun qiymətləndirilməsi orqanlarından birinə çevrilmək.

Haqqımızda

Dəyərlərimiz

Qərəzsizlik

Sertifikatlaşdırma fəaliyyətlərimizi maraqların toqquşmasına yol vermədən, obyektiv və müstəqil yanaşma əsasında həyata keçiririk.

Etibarlılıq

Qəbul etdiyimiz qərarların obyektiv sübutlara və müəyyən edilmiş tələblərə əsaslanmasını təmin edirik.

Peşəkarlıq və kompetentlik

Fəaliyyətimizin bütün mərhələlərində müvafiq bilik, bacarıq və təcrübəyə malik kompetent mütəxəssislərin iştirakına önəm veririk.

Məxfilik

Fəaliyyətimiz zamanı əldə edilən məlumatların qorunmasını və yalnız müəyyən edilmiş qaydalara uyğun istifadəsini təmin edirik.

Şəffaflıq

Sertifikatlaşdırma proseslərinin, tələblərin və qərarvermə mexanizmlərinin aydın və ardıcıl şəkildə həyata keçirilməsini əsas prinsip hesab edirik.

Davamlı inkişaf

İdarəetmə sistemimizi, proseslərimizi və xidmətlərimizin keyfiyyətini davamlı olaraq təkmilləşdirməyə çalışırıq.

Haqqımızda

Keyfiyyət siyasətimiz

Şirkətimizin Keyfiyyət Siyasəti uyğunluğun qiymətləndirilməsi və sertifikatlaşdırma fəaliyyətlərinin müvafiq beynəlxalq standartların, qanunvericiliyin və tətbiq olunan normativ sənədlərin tələblərinə uyğun, qərəzsiz və kompetent şəkildə həyata keçirilməsinə əsaslanır.

Şirkət olaraq fəaliyyətimizdə müştərilərin və digər maraqlı tərəflərin etimadının qorunmasını, sertifikatlaşdırma proseslərinin obyektivliyini, məlumatların məxfiliyini, personalın kompetentliyini və idarəetmə sisteminin davamlı təkmilləşdirilməsini əsas prioritetlərimiz hesab edirik.

Keyfiyyət siyasətimizin əsas prinsipləri qərəzsizliyin qorunması, maraqların toqquşması risklərinin idarə edilməsi, kompetent personalın təmin edilməsi, sertifikatlaşdırma qərarlarının obyektiv sübutlara əsaslanması, məxfiliyin qorunması və fəaliyyətimizin davamlı təkmilləşdirilməsidir.

Haqqımızda

Akkreditasiya

Bureau GilAS MMC sertifikatlaşdırma fəaliyyətlərinin kompetentliyini, qərəzsizliyini və ardıcıl həyata keçirilməsini təmin etmək məqsədilə müvafiq beynəlxalq akkreditasiya tələblərinə uyğun fəaliyyət göstərir.

İdarəetmə sistemlərinin auditi və sertifikatlaşdırılması fəaliyyəti AZS ISO/IEC 17021-1:2021, məhsulların sertifikatlaşdırılması fəaliyyəti isə AZS ISO/IEC 17065:2021 standartının müvafiq tələbləri əsasında təşkil edilir.

Akkreditasiya attestatı

AZ 03.0036.02.23 TA

Orqan
“BUREAU GİLAS” MMC-nin İdarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqanı
Əhatə dairəsi
İdarəetmə sistemlərinin auditi və sertifikatlaşdırılması (AZS ISO/IEC 17021-1:2021)
Etibarlıdır
–

Akkreditasiya attestatı

AZ 02.0080.02.23 TA

Orqan
“BUREAU GİLAS” MMC-nin Məhsulların, işlərin və xidmətlərin sertifikatlaşdırılması orqanı
Əhatə dairəsi
Məhsulların, işlərin və xidmətlərin sertifikatlaşdırılması (AZS ISO/IEC 17065:2021)
Etibarlıdır
–

Akkreditasiya sahəsi

AZ 03.0036.02.23 TA

Orqan
“BUREAU GİLAS” MMC-nin İdarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqanı
Əhatə dairəsi
İdarəetmə sistemlərinin auditi və sertifikatlaşdırılması (AZS ISO/IEC 17021-1:2021)

Akkreditasiya sahəsi

AZ 02.0080.02.23 TA

Orqan
“BUREAU GİLAS” MMC-nin Məhsulların, işlərin və xidmətlərin sertifikatlaşdırılması orqanı
Əhatə dairəsi
Məhsulların, işlərin və xidmətlərin sertifikatlaşdırılması (AZS ISO/IEC 17065:2021)

Azərbaycan Akkreditasiya Mərkəzinin attestatları

AZ 03.0036.02.23 TAAZ 02.0080.02.23 TA

Niyə biz

Bizi seçməyin 3 səbəbi.

Tenderlərdə tələb olunan sertifikatları akkreditasiya olunmuş sertifikatlaşdırma çərçivəsində təqdim edirik.

  1. Texniki reqlamentlərə uyğunluq

    Uyğunluq bəyannamələrinin hazırlanması prosesində məhsul və təqdim olunan sənədlər üzrə Texniki reqlament tələblərinin düzgün əks etdirilməsinə dəstək göstəririk.

  2. Sertifikatınız dövlət portalında qeydiyyata alınır

    Verdiyimiz sertifikatları Dövlətin e-Keyfiyyət portalında qeydiyyatdan keçirərək onların rəsmi sistemdə əks olunmasını və yoxlanıla bilməsini təmin edirik.

  3. QR kodla yoxlanılan sertifikat

    Sertifikat üzərindəki QR kodu oxutmaqla hər kəs dövlət portalındakı qeydiyyata birbaşa keçərək sertifikat məlumatlarını yoxlaya və doğruluğunu təsdiqləyə bilər.