İdarəetmə sistemlərinin sertifikatlaşdırılması

Şirkətimiz müəssisə və təşkilatlarda tətbiq olunan idarəetmə sistemlərinin müvafiq beynəlxalq standartların tələblərinə uyğunluğunun qiymətləndirilməsi və sertifikatlaşdırılması xidmətlərini həyata keçirir. Sertifikatlaşdırma prosesi təşkilatın idarəetmə sisteminin tətbiq səviyyəsinin, proseslərinin və standart tələblərinə uyğunluğunun kompetent auditorlar tərəfindən obyektiv və qərəzsiz qiymətləndirilməsinə əsaslanır. Uğurlu sertifikatlaşdırma təşkilatın idarəetmə yanaşmasının müəyyən edilmiş standart tələblərinə uyğunluğunu nümayiş etdirməsinə və maraqlı tərəflər qarşısında etimadın gücləndirilməsinə xidmət edir.

ISO 9001

Keyfiyyət idarəetmə sistemləri

Keyfiyyətin və müştəri məmnuniyyətinin sistemli idarə olunmasına, proseslərin təkmilləşdirilməsinə və satınalma/tender proseslərində təşkilatın etibarlı tərəfdaş kimi mövqeyinin gücləndirilməsinə xidmət edir.

ISO 14001

Ətraf mühiti idarəetmə sistemləri

Ətraf mühit təsirlərinin və resurslardan istifadənin sistemli idarə olunmasına, ekoloji məsuliyyətin nümayiş etdirilməsinə və ekoloji meyarların nəzərə alındığı satınalma və təchizatçı seçimlərində təşkilatın mövqeyinin gücləndirilməsinə xidmət edir.

ISO 45001

Peşə sağlamlığı və əməyin təhlükəsizliyi idarəetmə sistemləri

Əməyin mühafizəsi risklərinin idarə olunmasına, daha təhlükəsiz iş mühitinin yaradılmasına və təhlükəsizlik tələblərinin vacib olduğu tender, podratçı və təchizatçı seçimlərində təşkilatın etibarlılığının nümayiş etdirilməsinə kömək edir.

ISO 22000

Qida məhsullarının təhlükəsizliyi idarəetmə sistemləri

Qida təhlükəsizliyi risklərinin sistemli idarə olunmasına, istehlakçı və biznes tərəfdaşlarının etimadının gücləndirilməsinə və qida sektorunda təchizatçı seçimi və satınalma proseslərində uyğunluğun nümayiş etdirilməsinə xidmət edir.

ISO 10002

Təşkilatlarda şikayətlərin və müştəri məmnuniyyətinin idarə edilməsi sistemləri

Müştəri şikayətlərinin sistemli idarə olunmasına, müştəri təcrübəsinin və məmnuniyyətinin yaxşılaşdırılmasına, bununla da müştərilərlə uzunmüddətli və etibarlı münasibətlərin qurulmasına dəstək verir.

ISO 37001

Rüşvətxorluğa qarşı idarəetmə sistemləri

Rüşvətxorluq risklərinin qarşısının alınması və idarə olunması üçün sistemli yanaşma yaradaraq təşkilatın şəffaflıq və dürüstlük prinsiplərinə sadiqliyini müştərilər, satınalma tərəfləri və biznes tərəfdaşları qarşısında nümayiş etdirməsinə kömək edir.

ISO 50001

Enerji idarə edilməsi sistemləri

Enerji istifadəsinin və enerji göstəricilərinin sistemli idarə olunmasına, enerji səmərəliliyinin artırılmasına və enerji göstəricilərinə önəm verən müştəri, tərəfdaş və satınalma proseslərində təşkilatın yanaşmasını nümayiş etdirməsinə xidmət edir.

ISO/IEC 27001

İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri

İnformasiya aktivlərinin məxfiliyinin, bütövlüyünün və əlçatanlığının qorunmasına, məlumat təhlükəsizliyi risklərinin idarə edilməsinə və müştəri, təchizatçı və satınalma münasibətlərində informasiya təhlükəsizliyinə etimadın gücləndirilməsinə xidmət edir.

ISO 20121

Tədbir davamlılığının idarəetmə sistemləri

Tədbirlərin planlaşdırılması və keçirilməsində davamlılıq prinsiplərinin sistemli tətbiqinə, maraqlı tərəflərin gözləntilərinin nəzərə alınmasına və davamlılıq meyarlarının tələb olunduğu tərəfdaşlıq və satınalma proseslərində təşkilatın yanaşmasının nümayiş etdirilməsinə kömək edir.

Azərbaycan Akkreditasiya Mərkəzinin attestatları

AZ 03.0036.02.23 TAAZ 02.0080.02.23 TA

Niyə biz

Bizi seçməyin 3 səbəbi.

Tenderlərdə tələb olunan sertifikatları akkreditasiya olunmuş sertifikatlaşdırma çərçivəsində təqdim edirik.

  1. Texniki reqlamentlərə uyğunluq

    Uyğunluq bəyannamələrinin hazırlanması prosesində məhsul və təqdim olunan sənədlər üzrə Texniki reqlament tələblərinin düzgün əks etdirilməsinə dəstək göstəririk.

  2. Sertifikatınız dövlət portalında qeydiyyata alınır

    Verdiyimiz sertifikatları Dövlətin e-Keyfiyyət portalında qeydiyyatdan keçirərək onların rəsmi sistemdə əks olunmasını və yoxlanıla bilməsini təmin edirik.

  3. QR kodla yoxlanılan sertifikat

    Sertifikat üzərindəki QR kodu oxutmaqla hər kəs dövlət portalındakı qeydiyyata birbaşa keçərək sertifikat məlumatlarını yoxlaya və doğruluğunu təsdiqləyə bilər.

Suallar

Sual-cavab.

Texniki reqlamentlərin tələblərinə uyğunluğun qiymətləndirilməsi sertifikatlaşdırma və uyğunluq bəyannaməsinin tərtibi üsulu ilə həyata keçirilir.